İranın ali dini lideri Amerikaya cavab verdi

“İstənilən destruktiv, qıcıqlandırıcı tədbir və yaxud plan İslam Respublikasının qətiyyətli və peşmanladıcı müqaviməti ilə üzləşəcək!”

ABŞ və Səudiyyə Ərəbistanı hökumətlərinin İrana qarşı hədə bəyanatlarına bu ölkədən sərt cavab gəlib. İran ali dini lideri Ayətullah Seyyid Əli Xameneyi bəyan edib ki, İran bu təzyiqlərə boyun əyməyəcək və bunu edənlərə qarşı “tam gücü ilə” cavab verəcək.

Ölkənin Kirmanşah vilayətinə səfər edən dini rəhbər tələ və müəllimlərlə görüşüb. Seyyid Əli Xameneyi minlərlə insan izdihamı qarşısında çıxış edərək ölkəsinə qarşı yönələn ittihamların böhtan olduğunu bildirib: “İstənilən destruktiv, qıcıqlandırıcı tədbir və yaxud plan İslam Respublikasının qətiyyətli və peşmanladıcı müqaviməti ilə üzləşəcək!”.

Xatırladaq ki, çərşənbə axşamı ABŞ İranın İslam İnqilabının keşikçiləri Korpusunu Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cübeyrə sui-qəsd cəhdində ittiham etmişdi.

В этом разделе