İrandan ərəblərə: "Ağıllı olun"

İranın Neft İxracatçıları Ölkələri Təşkilatındakı (OPEC) nümayəndəsi Məhəmmədəli Xətibi Fars körfəzi ölkələrinə xəbərdarlıq edib

APA-nın məlumatına görə, M.Xətibi bəyan edib ki, Avropa Birliyinin İranın ixrac etdiyi neftə qarşı sanksiya tətbiq edəcəyi təqdirdə, qonşu dövlətlər bunu kompensasiya etmək üçün neft hasilatını artırmamalıdır: «Qonşularımız Avropa Birliyinə üzv ölkələrlə gərək əməkdaşlıq etməsin və ağıllı siyasət yürütsünlər. Yəni, macəra axtarışına çıxmasınlar».

В этом разделе