İranda zəlzələdən zərərçəkənlərə 6 milyon dollardan çox yardım olunub

İndiyədək İranda zəlzələdən zərərçəkənlərə yardım məqsədilə əhali tərəfindən 6 milyon 425 min dollar vəsait toplanıb

İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Əbulhəsən Fəqih deyib ki, elan olunmuş 99999 hesab nömrəsinə ölkənin müxtəlif bölgələrindən əhali 5 milyon dollar vəsait göndərib. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.

O deyib ki, bundan başqa Qüds günü və Fitir bayramı (Ramazan bayramı) günləri də əhali zərərçəkənlərə bir milyon 425 min dollar vəsait yardım edib.

Fəqih, həmçinin əlavə edib ki, əhali tərəfindən 500 ton həcmində humanitar yardım göstərilib.

Avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb.

В этом разделе