İranda zəlzələ nəticəsində dağın bir hissəsi parçalanaraq şəhərin üzərinə düşüb

Kaki şəhərinin Bağan kəndi tamamilə dağılıb

Trend xəbər verir ki, bundan başqa, İran KİV-in məlumatına görə, zəlzələ nəticəsində dağın bir hissəsi parçalanaraq Şonbeh şəhərinə düşüb. Daha güclü dağıntıların da məhz bu şəhərdə olduğu bildirilir. ILNA agentliyinin məlumatına görə, Tasuc da zəlzələdən ən çox ziyan görən şəhərlərdəndir.

ISNA agentliyinin məlumatına görə, zəlzələdən zərər çəkmiş Buşəhr vilayətinə xilasedicilər göndərilib.

Birinci zəlzələnin gücü 6,1 bal təşkil edib. Bundan sonra 5 bal gücündə təkrar təkanlar qeydə alınıb.

"Buşəhr" AES-in layihə rəhbəri Mahmud Cəfəri bildirib ki, zəlzələ stansiyanın işinə heç bir təsir etməyib: "Belə ki, zəlzələ AES-dən 100 km-dən çox məsafədə baş verib, həmçinin stansiyanın 8 bal gücündə zəlzələyə davamlılığı var".

В этом разделе