İranda qaz kəmərində partlayış baş verib, 50 nəfər xəsarət alıb

İranın şimal-şərq hissəsində qaz kəmərində partlayış baş verib, 50 nəfər xəsarət alıb.

Məlumatı  "Press TV" telekanalının saytına istinadən "Trend" yayıb. 

Partlayış Xorasan-Rəzəvi əyalətinin Məşhəd şəhəri yaxınlığından keçən qaz kəmərində baş verib. İranın Milli Qaz Şirkətinin rəhbəri Əli Rza Qəribinin sözlərinə görə, partlayış dağ şəraitində işləyən ekskavatorun aşaraq kəmərə toxunması nəticəsində baş verib. Bu barədə "RİA Novosti" yazır.

"Xəsarət alanlardan altısı vertolyotla xəstəxanaya çatdırılıblar. Yanğınsöndürənlər alovu söndürmək üçün üç saat vaxt sərf etməli olublar", - məlumatda deyilir.

Xüsusi komissiya hadisəni araşdırır. Qəribinin sözlərinə görə, patlayışın nəticələri 48 saat ərzində aradan qaldırılacaq.

В этом разделе