İranda qadında prezident seçilə bilər

İranda iyun ayının 12-də keçiriləcək prezident seçkilərində hazırkı prezident M.Əhmədi Nejadın rəqibləri arasında qadın da ola bilər. İran Konstitusiyasının Mühafizə Şurasının nümayəndəsi Abbas Əli Qadqodayə ölkədə qadınların prezidentliyə namizəd olması üçün heç bir maneə olmadığını bildirib. Şuranın nümayəndəsi seçkilərdə namizədliyini irəli sürmək üçün indiyə qədər üçün quruma müraciət edən bütün qadınların müraciətlərinə mənfi cavab verilməsi məsələsinə də aydınlıq gətirib. A.Əli Qadqodayə bunun namizədlərin qadın olmalarından dolayı deyil, onların namizədliyinin tələb olunan şərtlərə cavab vermədiklərinə görə qəbul edilmədiyini bildirib. /nethaber/ /AzeriMuslims/

В этом разделе