İranda partlayış baş verib

10 dəqiqə intervalla iki partlayıcı qurğu işə düşüb

İranın qərbindəki Kürdistan vilayətinin mərkəzi sayılan Sənandac şəhərində güclü partlayış baş verib. Azadlıq meydanında iki səsli bombanın işə düşməsi nəticəsində xəsarət alan olmasa da, ərazidəki mağazalara ziyan dəyib. Meydanda baş vermiş birinci partlayışdan 10 dəqiqə sonra həmin ərazidəki bank binası yaxınlığında ikinci partlayış baş verib. İnsidentlə bağlı araşdırma aparılır-ANS PRESS "Press tv"-yə istinadən xəbər verir.

Xatırladaq ki, ötən lin oktyabrında Sənandac şəhərində törədilmiş terror aktı nəticəsində beş nəfər ölmüş, 10-dək insan isə yaralanmışdı.

В этом разделе