İranda onlayn ABŞ səfirliyi açılıb

Bu barədə Hilari Klinton fars dilli mediaya verdiyi müsahibədə bildirib

Anspress xəbər verir ki, İraqda səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi ABŞ dövlət katibinin ölkələr arasında dostluğun yaradılması təklifini şərh edib. O, ABŞ hökümət nümayəndələrinin çıxışlarının bir-birilə ziddiyətli olduğunu və bu səbəbdən də danışıqların "mənasız" olduğunu bildirib.

"Təəssüf ki, belə çıxışlarda böyük ziddiyyətlər var. Onlar bir tərəfdən danışıqlara maraq göstərir, digər tərəfdən isə əvvəl dedikləri ilə uyğun gəlməyən çıxışlar edirlər. ABŞ-ın dostluq təklifi səmimi deyil. Belə çıxışlar həqiqi niyyətləri əks etdirmədikcə, danışıqlar masasına əyləşmək mənasız olacaq".

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ dövlət katibi Hilari Klinton fars dilli mediaya verdiyi müsahibədə, hər iki tərəf arasında münasibətlərin gərgin olmasına rəğmən, ABŞ hökümətinin İran xalqına dostluq təklifi göndərdiyini bildirmişdi. Klinton buna nümunə olaraq İranda onlayn ABŞ səfirliyinin açıldığına işarə etmişdi.

Qeyd edək ki, İranda 1979-cu il İslam İnqilabı baş verdikdən bəri ABŞ səfirliyi və ya rəsmi ABŞ höküməti nümayəndəliyi mövcud deyil.

В этом разделе