İranın xüsusi xidmətləri casusluqda ittiham edilən bir neçə vətəndaşı həbs edib.
İslam-Azeri.az İnternet qəzetinin İran KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə İslam Respublikasının kəşfiyyat naziri Heydər Müsləhi bəyan edib.
Nazirin sözlərinə əsasən, həbs edilənlər İnternet vasitəsi ilə İranın nüvə proqramı haqqında məlumat toplamaqla məşğul olublar. Lakin görülən tədbirlər nəticəsində casus şəbəkəsi ifşa olunub.
Müsləhi əməliyyat zamanı neçə nəfərin həbs edilməsi haqqında açıqlama verməyib.