
Hər il, noyabrın 4-ü İranda Beynəlxalq imperializmlə milli mübarizə günü kimi qeyd olunur. 1980-ci ildə iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək səfirliyin işçilərini girov götürkdən sonra İranın Ali lideri İmam Xomeyni bu günü imperializmlə milli mübarizə günü kimi elan edib.
İran İnqilabından sonra iranlı tələbələr ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 53 amerkalını girov götürmüş və onları 444 gün girovda saxlamışdılar.
Tehranın təhlükəsizlik komandiri Məhəmmədrza Əlipur ötən gün bildirib ki, mitinqlər yalnız ABŞ-ın Tehrandakı "casusluq yuvası"nın qarşısında keçirilə bilər, digər yerlərdə təşkil edilən mitinqlər icazəsiz sayılacaq və polis qanunu pozanlara qarşı ciddi tədbirlər görəcək.
BBC-nin məlumatına əsasən, Tehranda keçirilən mitinq zamanı müxalifətlə polis arasında toqquşma baş verib. /trend/