İranda daha 9 nəfər dar ağacına çəkiləcək

Onlar ötən il baş verən qarşıdurmalarda iştirakda ittiham olunur

Bu yaxınlarda İranda baş verən kütləvi qarşıdurmaların daha 9 iştirakçısı edam olunacaq. Bu barədə İran hakimiyyətinin bəyanatında bildirilir.

“Daha doqquz nəfər asılacaq. Onlar və əvvəl edam olunan iki nəfər bu yaxınlarda İranda baş verən qarşıdurmalar zamanı həbs olunublar. Onların silahlı qruplaşmalara aid olduğu artıq sübuta yetirilib”, - deyə İran hakimiyyətinin nümayəndələri bildirib.

Xatırladaq ki, İranda kütləvi çaxnaşma ötən ilin yayında baş vermişdi. Əvvəllər İslam Respublikası müxalifətinin lideri Mir-Hüseyn Musəvi bəyan etmişdi ki, onun xalqı hüquqlarının müdafiəsi uğrunda mübarizəni davam etdirəcək. /anspress/

В этом разделе