İranda baş vermiş güclü zəlzələ 7 əyalətdə hiss olunub, yaralıların sayı 12-yə çatıb

Bu gün İran-Pakistan sərhədində təqribən 8 bal gücündə zəlzələ baş verib

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ Geoloji Xidmətinə istinadən xəbər yayıb. Zəlzələnin ocağı təxminən 90 kilometr dərinlikdə olub. Zəlzələ digər qonşu ölkələrdə, xüsusilə, Hindistanın paytaxtı Nyu-Dehlidə hiss edilib. Təbii fəlakət nəticəsində azı 40 nəfər ölüb. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

"Mehr" agentliyinin məlumatına görə, yeraltı təkanlar İranın daha yeddi əyalətində - Buşəhr, Məşhəd, Kirman, İsfahan, Tehran, Yəzd və Semnanda hiss olunub. Yaralıların sayı 12-yə çatıb. Zəlzələ 25 kəndə ziyan vurub. Həmin kəndlərdə yerləşən evlərin təxminən 15 faizi dağılıb. Bu barədə "Fars" agentliyi xəbər verir.

Mütəxəssislərin məlumatına görə, bu, son 40 ildə İranda baş vermiş ən güclü zəlzələdir.

İran Seysmoloji Xidməti əhaliyə güclü zəlzələdən sonra mümkün təkrar yeraltı təkanlar barədə xəbərdarlıq edib.

Mütəxəssislər təkrar yeraltı təkanların gücünün Rixter cədvəli üzrə 6 bal olacağını istisna etmirlər.

İranın "IRIBnews" kanalının məlumatına görə, 7,5-8 bal gücündə zəlzələ Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində 18 kilometr dərinlikdə qeydə alınıb.

В этом разделе