İranda 4 terrorçu öldürülüb

İranın təhlükəsizlik qüvvələri ilə PJAK terror qruplaşmasının üzvləri arasında toqquşma baş verib

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin qərbindəki Banə şəhərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı 4 terrorçu öldürülüb. Çoxlu sayda terrorçunun yaralandığı qarşıdurmada “Bəsic” könüllülərindən biri həlak olub.

Qeyd edək ki, İnqilab Keşikçiləri Korpusunun bu ilin yayında apardığı və 3 ay sürən hərbi əməliyyatlar nəticəsində yüzlərlə terrorçunun zərərsizləşdirildiyi və bölgənin təmizləndiyi barədə açıqlama verilmişdi.

В этом разделе