İran yeni qurğu hazırlayıb

İran prezidenti Mahmud Əhmədinejad üçüncü nəsil yeni sentrifuqların (əsasən elektrik motoru ilə hərəkətə gətirilən qurğu) buraxıldığını elan edib. Yüksək rütbəli rəsmilərin iştirakı ilə keçirilən mərasimdə bəzi nümunələr nümayiş etdirilib.

200 millimetrlik sentrifuqlar gücünə və təhciz olunmasına görə birinci və ikinci nəsildən üstündür. İranın Atom enerjisi təşkilatının başçısı Əli Əkbər Salehi bildirib ki, yeni sentrifuqlar əvvəlkilərdən on dəfə daha çox gücə malikdir və hamısı bütün mühüm sınaqlardan keçib. Onlar eyni zamanda uranın zənginləşdirilməsi prosesinin altı dəfə sürətlə və mükəmməl səviyyədə həyata keçirilməsinə imkan verir. Milli Nüvə Texnologiyaları günündə iştirak edən prezident Mahmud Əhmədinejad bildirib ki, bu, İrana altı nüvə obyektinin yanacaqla təmin olunması imkanı verəcək.

“İranın tamamilə özünün hazırladığı bu sentrifuqları buraxmaqla biz altı nüvə obyektini yanacaqla təmin edə bilərik. İranlı alimlər bu gün bütün nüvə texnologiyasına sahibdir. Bu, bizim yüksək nöqtədə durduğumuz demək olmasa da, elm sahəsində alimlərimiz qarşısında heç bir maneə yoxdur”,- deyə İan lideri Mahmud Əhmədinejad bildirib.

Qeyd edək ki, bu texnologiyalar təkcə atom stansiyalarının yanacaqla təminatına deyil, eyni zamanda nüvə silahının hazırlanmasına imkan yaradır.

ANS

В этом разделе