Əli Əkbər Salehi İran Ordusu Baş Qərargah rəisinin müdafiəsinə qalxıb
İranın xarici işlər naziri Əli Əkbər Salehi İran Ordusunun Baş Qərargah rəisi Həsən Firuzabadinin adından yayılan fikirlərin həqiqətə uyğun olmadığını bəyan edib. "ANS PRESS"in İRNA agentliyinə istinadlı məlumatına görə, o bildirib ki, kütləvi informasiya vasitələrində yer alan xəbərlər əsassızdır və onları yayanlar digər məqsədlər güdürlər.
Xatırladaq ki, iran kütləvi informasiya vasitələri Firuzabadinin Azərbaycanın ünvanına söylədiyi fikirlərdən sonra Azərbaycan Xarici İşlər Nazirliyi İran tərəfinə nota vermişdi. Bundan sonra İran parlamentinin spikeri Əli Laricani ölkəsinin rəsmilərinin bəyanat verərkən daha diqqətli olmağının vacibliyini vurğulamışdı.