İran və Türkiyə ortaq sərhəddə sənayə şəhərciyi tikəcək

313news.net-in İRNA-ya istinadən verdiyi xəbərə görə İran İslam Cümhuriyyəti Sənaye, Mədən və Ticarət Nazirinin köməkçisi Fəhrullah Mevlayi İran və Türkiyə sərhəddində ortaq sənaye şəhərciyinin qurulması üçün Sarısu və Gürbulaq əraziləri barədə yekun razılaşmanın əldə olunduğunu bildirib.

Mevlayi qeyd edib ki, "əldə olunan razılaşmaya görə sənaye şəhərciklərinin ölçüsü bərabər olmaqla sərhəddin hər iki tərəfində olacaq."

Sənaye şəhərciklərinin qurulmasının qənaətli olduğuna diqqət çəkən Mevlayi sözlərinə belə davam edib: "İran və Türkiyə siyasi və mədəni sahədə iri miqyaslı əlaqələrə malikdirlər və hər iki ölkədəki imkanlar daha geniş iqtisadi münasibətləri zəruri edir. Bu şəhərciyin qurulması üçün beynəlxalq normalara uyğun olaraq hüquqi baza hazırlanmalıdır Bunun üçüm layihə mətni hazırlanmış və baxılmaq üçün Xarici İşlər Nazirliyinə göndərilmişdir."

В этом разделе