İran prezidenti Mahmud Əhmədinejad İranla işğalçı Ermənistan arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirməyə çağırıb
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran lideri bunu Tehranda səfərdə olan Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyanla görüşündə deyib.
İki ölkə arasında mədəni və tarixi əlaqələri yüksək qiymətləndirən M. Əhmədinejad bəyan edib ki, İran və Ermənistan xalqları bir-birindən ayrı düşə bilməzlər. İyunun 6-da başlayacaq Ermənistan səfərinə toxunan İran prezidenti bildirib ki, danışıqlar zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsinə xidmət edən qərarlar qəbul olunacaq. Erməni nazir isə iki dövlət arasında həyata keçirilən birgə layihələrin həm Ermənistan, həm İran üçün faydalı olacağını söyləyib.