İran Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır-Mehmanpərəst

İran XİN rəhbəri belə deyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyi sözcüsü Ramin Mehmanpərəst Dağlıq Qarabağ münaqişəsindən danışıb. 313news.net-in IRNA-ya istinadlı xəbərinə görə, Mehmanpərəst münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirib: "Məsələ beynəxalq hüquq çərçivəsində və sülh yolu ilə həll olunmalıdır".

XİN sözcüsü bildirib ki, İranın bu məsələ ilə mövqeyində dəyişiklik yoxdur və həmişə problemin həllində vasitəçi olmağa razıdır.

Xatırladaq ki, bundan əvvəl İranın Ermənistandakı  səfirliyi yaydığı bəyanatda məsələnin sülh yolu ilə və özmüqəddartını təyin etmə əsasında həllinə tərəfdar olduqlarını bildirmişdi.

В этом разделе