İran Qarabağ münaqişəsinin həllində yardım göstərməyə hazırdır - İran XIN

"Azərbaycan və Ermənistan razlıq verəcəkləri tədqirdə İran Dağlıq Qarabağ münaqişəsinin həllində yardım göstərməyə hazırdır"

Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst məlumat verib.

SalamNews-un "MehrNews"a istinadən verdiyi xəbərə görə, Tatarıstanın paytaxtı Kazanda keçirilən mətbuat konfransında çıxış edən Mehmanpərəst həmsərhəd ölkələr arasında sərhəd mübahisələrinin yaranmasının adi hal olduğunu bəyan edib.

"Regiondan kənar müəyyən qüvvələr bu münaqişədən istifadə edərək bölgənin daxili işlərinə qarışmaq istəyirlər. İran münaqişənin sülh danışıqlarının tərəfdarı kimi, rəsmi Bakı ilə İrəvan arasında ərazi münaqişəsinin həllində yardım göstərməyə hazırdır", - XİN nümayəndəsi bildirib.

R.Mehmanpərəst deyib ki, Qərb dövlətləri KİV-dən müsəlman ölkələrində məlumatı təhrif üçün alət kimi istifadə edirlər.

В этом разделе