İran prezidentinin Neft Nazirliyindən sui-istifadə etməsi haqqında hesabat məhkəmə orqanlarına verilib

Mahmud Əhmədinejad

Əhmədinejad məhkəmə qarşısındadır

İran Məclisinin bu günkü iclasında enerji üzrə komissiyanın 11 üzvünün tərtib elədiyi hesabat dinlənilib. Bu barədə SalamNews "MehrNews" agentliyinə istinadən xəbər verir.

Hesabatda ölkə prezidenti Mahmud Əhmədinejadın Neft Nazirliyinin kuratoru və OPEK sədri vəzifələrini icra eləməsi məsələsinə diqqət yetirilib. Bu hal ölkə Konstitusiyasının və Məclisin daxili qaydalarına zidd hesab olunur.

Komissiya üzvləri prezidentin Neft Nazirliyində dövlət mülkiyyəti ilə bağlı qeyri-qanuni manipulyasiyanı isbatlayan bir sıra əmrlər verməsindən danışıblar. Bundan başqa enerji komissiyasının nümayəndələri qısa müddətdə Neft Nazirliyinin rəhbəri və ya kuratorunun təyin olunmasını tələb ediblər. Onların fikrincə, bu tələbin həyata keçirilməməsi ölkə üçün ciddi problemlərə səbəb ola bilər və dövlətin beynəlxalq nüfuzuna ziyan vurar.

Müzakirələrdən sonra 165 səslə lehinə, 1 səslə əleyhinə olmaqla hesabatın Ali Məhkəməyəverilməsi qərara alınıb.

В этом разделе