İran prezidentinin köməkçisi həbs edildi

Kazım Kiapaşa Mahmud Əhmədinejatın yaxın adamı hesab olunur

İran prezidenti Mahmud Əhmədinejatın köməkçisi həbs edilib. “İnterfaks” agentliyinin İran KİV-inə istinadən verdiyi məlumata görə, həbs edilən Kazım Kiapaşa İran administrasiyasında əsas vəzifələrdən birini tutub. O, kadr məsələləri işə məşğul olub və prezidentin bütün köməkçilərinin fəaliyyətini yoxlayıb. Kazım Kiapaşa İranın Prezident Administrasiyasının rəhbəri, Mahmud Əhmədinejatın prezident kürsüsündəki varisi sayılan İsfəndiyar Rəhim Maşainin silahdaşıdır. /ANS/

В этом разделе