İran prezidentindən şok açıqlama

Mahmud Əhmədinejad

İran prezidentinin şok açıqlaması dünya mediası, xüsusilə Türkiyə KİV-nin diqqətinə səbəb olub

İslam-Azeri.az İnternet qəzetinin "Doğan" agentliyinə istinadən verdiyi xəbərə görə, Mahmud Əhmədinejad çıxışı zamanı Qərbin iyrənc addımı barədə danışıb.

O bu haqda deyib: "Avropanın bol yağmuru bir bölgə olmasına baxmayaraq, keçən il Avropalılar sahib olduqları xüsusi texnologiya ilə yağışlı buludları boşaldaraq aralarında İranın da olduğu bölgə ölkələrinə çatmasına maneə yaradıb. Buludlar, qərbdən şərqə doğru hərəkət etdiyindən bu əməliyyatın nəticəsi olaraq "İranda yağış yağmadı" deyildi".

"Türkiyə və İrandan başlayaraq Şərqi Asiyaya qədər uzanan bölgələrdə önümüzdəki 30 il içində quraqlıq olacaq" - qərbli siyasətçinin bu cümləsini xatırladan Əhmədinejad deyib: "Bu məqaləni yazan Qərbli siyasətçi, su mövzusunda mütəxəssis biri deyildir. Bu da məqalənin elmi iş olmadığını və gələcək üçün hazırlanmış plan olduğunu göstərir"

В этом разделе