İran prezidenti: “İran xalqı hər cür təhdid və hücuma cavab vermək gücündədir”

“İran xalqı təhdid və hücum yolu ilə bu xalqın haqqını tapdalamağa cəhd göstərəcək hər kəsə uyğun cavabı verəcək"

APA-nın məlumatına görə, bu barədə İran prezidenti Mahmud Əhmədinejad bildirib. Onun sözlərinə görə, artıq müstəmləkəçilik, özbaşınalıq və diktatorluq dövrü sona çatıb: “Bu gün İranın nüvə proqramı tamamilə siyasi bir mövzuya çevrilib. ABŞ və müttəfiqlərinin İran xalqının elmi inkişafına maneə törədə bilmək üçün bəhanə axtardıqlarını artıq hər kəs bilir. Çünki onlar Yaxın Şərqi tamamilə zəbt edərək İsrailin ərazisinə qatmağa çalışırlar. Bu yolda da İranı əsas əngəl kimi görürlər”.

M. Əhmədinejad deyib ki, İran xalqı çətin şəraitdə yaşamağa öyrəşib: “İrana hücum etmək niyyətində olanların hədəflərinə çata bilmədiklərini və belə bir cəhdlərinə peşman olduqlarını tarix də göstərib. Amma ABŞ hökuməti və ya hər hansı bir ölkə İrana hücum etsə, xalqımız özünü müdafiə etmək gücündədir".

В этом разделе