Mahmud Əhmədinejad: "İki ölkə arasındakı münasibətlərin inkişafı üçün geniş potensial var"
Bu gün İran prezidenti Mahmud Əhmədinejad Tehranda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edib. "ANS PRESS"in İran İslam Respublikasının prezident aparatının rəsmi saytına istinadlı məlumatına görə, görüşdə İran prezidenti iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb.
İran preziudentinin sözlərinə görə, İran-Azərbaycan münasibətləri iki qardaş ölkənin münasibətləridir. Daimi planlaşdırma və ekspert əməkdaşlığı isə mümkün imkanlardan gəlir əldə etməyə şərait yaradacaq.
Azərbaycanın XİN başçısı isə iki ölkə arasında əməkdaşlığın vacibliyini qeyd edib. E.Məmmədyarovun sözlərinə görə, İran və Azərbaycan iki qonşu dövlət kimi bir-biri ilə əməkdaşlığı möhkəmləndirməlidir.