Əli Laricani: “Bu problemi təbrik çıxışları və ya gözəl sözlərlə həll etmək mümkün deyil”
İran parlamentinin spikeri Əli Laricani ABŞ prezidenti Barak Obamanın Novruz bayramı münasibəti ilə İran xalqına və bu ölkənin siyasi liderlərinə müraciətinə münasibət bildirib. İraqda müqəddəs Nəcəf şəhərini ziyarət edən Əli Laricani burda Ayətullah Əli Sistani ilə görüşüb. Daha sonra keçrdiyi mətbuat konfransında Obamanın dedikləri üçün “gözəl sözlər” – deyən Laricani bunun kifayət etmədiyini bildirib. “ABŞ-la olan münasibətlərimizi hisslərə bağlamamalıyıq. Bu problemi təbrik çıxışları və ya gözəl sözlərlə həll etmək mümkün deyil. Bu mübarizənin 30 illik tarixi var. ABŞ həmişə İran İslam respublikasına qarşı mövqedə olub”.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Novruz bayramı münasibəti ilə İran xalqına və bu ölkənin siyasi liderlərinə müraciət etmişdi. O öz müraciətində İranla ABŞ arasında barışıq prosesinin hədələrlə müşaiyət olunmayacağını demişdi. /ANSPRESS/
В этом разделе
- İran prezidenti: “Azərbaycanlılar olmasaydı, İranda inqilab qələbə çalmazdı”20 Мая, 2015
- Kəmaləddin Heydərov Məşhəddə İmam Rzanın (ə) qəbrini ziyarət edib17 Марта, 2014
- Rəsmi Tehran İran gəmisinin İsrail tərəfindən saxlanılması xəbərini təkzib edib6 Марта, 2014
- İranın irşad naziri: “Azərbaycan Dili Akademiyasının yaradılması zəruridir”3 Марта, 2014
- Bütün şiələr Maliki kimi düşünmür- Qərdavi27 Апреля, 2013
- Rəfsəncanin oğlunun Tehran Şəhər Bələdiyyəsinə namizədliyi qeydə alınıb22 Апреля, 2013
- Ayətullah Sistani xalqı seçkilərə çağırdı, seçki dairələri partladıldı21 Апреля, 2013
- İranın neft ehtiyatları ABŞ-ı geridə qoydu21 Апреля, 2013
- İran koalisiyası prezidentliyə 3 namizəd irəli sürəcək20 Апреля, 2013
- Pərviz Müşərrəf həbs edildi19 Апреля, 2013