Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
Sabah (noyabrın 15-də) İran Parlamenti yeni Nazirlər Kabinetinə təqdim olunmuş və səs toplaya bilməyən təhsil, sosial müdafiə və energetika nazirləri vəzifəsinə namizədlərin müzakirəsinə başlayacaq. Bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.
Əhmədinejad təhsil naziri vəzifəsinə hazırda parlament nümayəndəsi olan Həmidrza Hacibabayini, sosial müdafiə naziri vəzifəsinə sabiq daxili işlər naziri Sadiq Məhsulini və energetika naziri vəzifəsinə isə hazırda Energetika Nazirliyinin rəhbəri olan Məcid Namcunu təqdim edib.
Əhmədinejad İranda iyunun 12-də keçirilmiş prezident seçkilərində qalib gəlib. Müxalifətin məğlub lideri Mir Hüseyn Musəvinin tərəfdarları hökuməti səsvermənin nəticələrini təhrif etməkdə ittiham edib və nəticələrin ləğvinə çağırıblar. Tehranda kütləvi iğtişaşlarda 27 nəfər həlak olub, təxminən min nəfər həbs edilib.
İranın Nəzarət Şurasının keçirdiyi səslərin yenidən qismən hesablanması yekun nəticələrə təsir etməyib. Prezident seçkilərinin qalib Əhmədinejad elan olunub. Yeni Nazirlər Kabinetinin səlahiyyəti avqust ayında müzakirəyə çıxarılıb, təhsil, energetika və sosial müdafiə nazirlərindən başqa bütün nazirlər lazım olan səsi toplayıblar. /trend/
В этом разделе
- İran prezidenti: “Azərbaycanlılar olmasaydı, İranda inqilab qələbə çalmazdı”20 Мая, 2015
- Kəmaləddin Heydərov Məşhəddə İmam Rzanın (ə) qəbrini ziyarət edib17 Марта, 2014
- Rəsmi Tehran İran gəmisinin İsrail tərəfindən saxlanılması xəbərini təkzib edib6 Марта, 2014
- İranın irşad naziri: “Azərbaycan Dili Akademiyasının yaradılması zəruridir”3 Марта, 2014
- Bütün şiələr Maliki kimi düşünmür- Qərdavi27 Апреля, 2013
- Rəfsəncanin oğlunun Tehran Şəhər Bələdiyyəsinə namizədliyi qeydə alınıb22 Апреля, 2013
- Ayətullah Sistani xalqı seçkilərə çağırdı, seçki dairələri partladıldı21 Апреля, 2013
- İranın neft ehtiyatları ABŞ-ı geridə qoydu21 Апреля, 2013
- İran koalisiyası prezidentliyə 3 namizəd irəli sürəcək20 Апреля, 2013
- Pərviz Müşərrəf həbs edildi19 Апреля, 2013