Pakistanda sərhəd ticarəti iflasa uğrayıb, ərzaq və nefitn qiyməti qalxıb
İran Pakistanla Taftan sərhəd qapısını bağlayıb. Bu barədə Belucistan əyalətinin rəsmi şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, 17 gündür ki, sərhəddən ticarət məqsədilə keçidə icazə verilmir.
Nəticədə Belucistan əyalətində sərhəd ticarəti iflasa uğrayıb, iş yerləri bağlanıb, 25 min nəfər işsiz qalıb.
İran ilə Pakistan arasında ən böyük keçid məntəqəsi olan Taftan sərhəd qapısından Pakistana neft və neft məhsulları, qida və sənaye məhsulları aparılır. Sərhəd bağlandıqdan sonra Pakistanda ərzaq məhsullarının qiyməti artıb, neftin bir litrinin qiyməti isə 20-25 rupi bahalaşıb.
İran oktyabrın 18-də Sistan-Belucistan əyalətində İran İnqilabı Gözətçilərinə qarşı təşkil edilən hücuma görə mərkəzi Pakistanda yerləşən "Cundullah" təşkilatını ittiham edib, daha sonra isə sərhədi müvəqqəti bağladığını açıqlamışdı. /anspress/
В этом разделе
- İran prezidenti: “Azərbaycanlılar olmasaydı, İranda inqilab qələbə çalmazdı”20 Мая, 2015
- Kəmaləddin Heydərov Məşhəddə İmam Rzanın (ə) qəbrini ziyarət edib17 Марта, 2014
- Rəsmi Tehran İran gəmisinin İsrail tərəfindən saxlanılması xəbərini təkzib edib6 Марта, 2014
- İranın irşad naziri: “Azərbaycan Dili Akademiyasının yaradılması zəruridir”3 Марта, 2014
- Bütün şiələr Maliki kimi düşünmür- Qərdavi27 Апреля, 2013
- Rəfsəncanin oğlunun Tehran Şəhər Bələdiyyəsinə namizədliyi qeydə alınıb22 Апреля, 2013
- Ayətullah Sistani xalqı seçkilərə çağırdı, seçki dairələri partladıldı21 Апреля, 2013
- İranın neft ehtiyatları ABŞ-ı geridə qoydu21 Апреля, 2013
- İran koalisiyası prezidentliyə 3 namizəd irəli sürəcək20 Апреля, 2013
- Pərviz Müşərrəf həbs edildi19 Апреля, 2013