İran ordusunun rəsmiləri PJAK terror təşkilatı üzvlərinin Ermənistanda təlim keçdiyini bəyan ediblər
APA-nın məlumatına görə, bu barədə İranın «Mehr» agentliyi məlumat yayıb.
İran ordusunun polkovniki Əziz Həsən-Aqdam agentliyə bildirib ki, PJAK Qərbi Azərbaycan əyalətinin cənubunda ağır məğlubiyyətdən sonra əyalətin şimal hissəsinə qaçıb: “Terrorçu qrupun bir qrup üzvü isə Ermənistanın bəzi yerlərində təlim keçir. Biz Maku və sərhəd ərazilərdə hər hansı bir hücum dəf etməyə hazırıq”, - deyə polkovnik əlavə edib.
Qeyd edək ki, PJAK PKK terror təşkilatının İran ərazisində fəaliyyət göstərən qanadıdır. Son günlər İranda PJAK silahlılarına qarşı irimiqyaslı əməliyyatlar keçirilib.