İran, Obamanın dəyişməsinə inanmır

İran Mütəxəssislər Məclisi Üzvü Ayətullah Əhməd Xatəmi, ABŞ Başçısı Barak Obamanın "dəyişmə" vədinin keçən 100 gün içində yerinə yetirilmədiyini söylədi.

TaymTurk xəbər verir ki, Xatəmi, Tehran Universitetinin bağçasında verdiyi cümə xütbəsində, Obamanın Başçılıqdakı ilk 100 gününü qiymətləndirdi.
"Obama, Fələstin mövzusunda köhnə siyasətləri davam etdirmiş və sionist terrorist rejimi dəstəkləməklə öhdəçilikli olduğunu bəyan etmişdir" deyən Xatəmi, İraq və Əfqanıstanda da işğalların davam etdiyini xatırlatdı.

313NEWS.NET

В этом разделе