İran mətbuatından Tehranın imam-cüməsinə senzura

Ayətullah Əhməd Xatəmi

Tehranın sonuncu Cümə namazının xütbəsi İranın rəsmi xəbər agentliyi, o cümlədən telekanallarının əksəriyyətində yarımçıq yayımlanıb.

Islam-Azeri.az internet qəzetinin "Jahannews"ə istinadən verdiyi xəbərə görə, İranın İRNA dövlət agentliyi Tehranın İmam Cüməsi Ayətullah Əhməd Xatəminin İran prezidentinin müşaviri Rəhim Məşşai barədə dedikləri cümlələri yayımlamayıb.

İslam-Azeri.az internet qəzeti də öz növbəsində bəzi İran telekanalların xəbərlərini izlədikdə İmam Cümənin çıxışının bu hissəsinin verilməməsinin şahidi olub.

Qeyd edək ki, Əhmədinejadın müşaviri Məşşai xarici ölkələrin birində iranlılarla görüşdə dediyi: "İslam mövzusunda müxtəlif anlayışlar var. Amma İslamın və İranın həqiqəti İran təlimidir. O halda biz bundan sonra dünyaya İran təlimini tanıtmalıyıq" cümlələri artıq İranın tanınmış din xadimlərinin hədəfinə tuş gəlib.

Tehranın İmam Cüməsi də Məşşainin bu sözlərinə belə cavab vermişdi: "İmam Xomeyni həmişə deyərdi ki, inqilab İran inqilabından əvvəl, İslam inqilabıdır. Əgər İran məktəbi, İslam müqabilinində durarsa, onda bu həmin şirk qarışmış millətçilikdir. Biz İslami-İranı istəyirik. Bizim hər şeyimiz İslamdandır. Bizim məqsədimiz və məktəbimiz İslamdır. Beləliklə İran məktəbini, İslam məktəbinin müqabilində qoymaq, inqilabın əvvəllərində çıxış edən siyasətçinin dediyi şirkə qarışmış məsələlərdir".

В этом разделе