İran Hörmüzü bağlaya bilməyəcək- ABŞ

Səudiyyə Ərəbistanı isə alternativ çıxış yolu göstərib

“İranın Hörmüz boğazını bağlamasına əsla icazə verilməyəcək”. APA-nın məlumatına görə, belə bir bəyanatla ABŞ Donanmasının Bəsrə körfəzindəki 5-ci donanmasının рясми nümayəndəsi Rebeka Ribariç çıxış edib. O bildirib ki, İranın neft sanksiyaları ilə bağlı Hörmüz boğazını bağlamaq təhdidinə dözümlə yanaşılmayacaq: “Hörmüz boğazının qlobal iqtisadiyyat üçün böyük əhəmiyyəti var. Beynəlxalq boğazda hər hansı bir ölkənin nəqliyyat azadlığına əngəl törədilməsi sakit qarşılana bilməz”. Rebeka Ribariç əlavə edib ki, ABŞ Donanması dəniz nəqliyyatının sərbəst hərəkətini təmin etmək üçün hər zaman hazırdır.

“İran Hörmüz boğazını bağladığı təqdirdə dünya bazarında yaranacaq neft qıtlığını Fars körfəzi ölkələri tam qarşılamağa hazırdır”. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Neft Nazirliyindən bildirilib. İranın neft sanksiyasının qarşılığında Hörmüz boğazını bağlamaq təhdidinə cavab verən Səudiyyə Ərəbistanı Krallığı lazım gələrsə özünün və neft hasil edən digər Fars körfəz ölkələrinin prosesə müdaxilə edəcəyini açıqlayıb.
Qeyd edək ki, ötən gün İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi jurnalistlərə açıqlamasında ölkəsinin neft ixracatına sanksiya tətbiq ediləcəyi təqdirdə, Hörmüz boğazını bağlayacaqlarını bəyan edib.

В этом разделе