İran hakimiyyətindən müxalifətə növbəti xəbərdarlıq

“Dekabrın 7-də kütləvi aksiyaların keçirilməsi yolverilməzdir” İran hüquq-mühafizə orqanları müxalifətə xəbərdarlıq edib ki, 7 dekabr-Tələbələr günü münasibətilə kütləvi aksiyaların keçirilməsi yolverilməzdir.

İran müxalifətinin nümayəndələri bəyan etmişdilər ki, dekabrın 7-də küçələrə çıxmağa və saxtalaşdırılmış prezident seçkilərinə etiraz etməyə hazırdırlar. İyunda keçirilmiş seçkilərdən sonra hüquq-mühafiə orqanları İranın müxalifət lideri Mirhüseyn Musəvi tərəfdarlarının razılaşdırılmamış bir neçə aksiyasının qarşısını alıb. /anspress/


В этом разделе