İran hakimiyyəti Suriya ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb

İranın xarici işlər naziri Əli Əkbər Salehi BMT baş katibi Pan Ki Muna məktub yazaraq, Suriya müxalifətinin kimyəvi silahdan istifadə etməsini pisləyib

APA-nın İRİB-ə istinadən məlumatına görə, Salehi BMT-dən bu məsələni araşdırmağı və qabaqlayıcı tədbirlərin görülməsi üçün Suriyaya heyət göndərilməsini istəyib. Məktubda bildirilib ki, Suriyada kimyəvi silahlardan istifadə edilməsinin nəticəsində neçə günahsız mülki vətəndaş həlak olub və yaralanıb: “Bu isə beynəlxalq təhlükəsizlik və sülh üçün açıq şəkildə təhdiddir. Həmçinin kimyəvi silahlarla bağlı konvensiyaya ziddir. Bütün hökumətlər və beynəlxalq təşkilatlar kimyəvi silahlardan istifadənin və terrorçulara bu silahların göndərilməsinin qarşısının alınması üçün öz öhdəliklərini yerinə yetirməlidirlər”.

İRİB-in yazdığına görə, ötən həftə Hələb şəhərinin yaxınlığında Suriya müxalifət qüvvələri kimyəvi silahlardan istifadə edib. Nəticədə 25 nəfər mülki vətəndaş həlak olub, yüzlərlə insan yaralanıb.

В этом разделе