İran əleyhinə xırda bir addım, Səudların sonu ilə nəticələnər-İran

İslam Respublikasından Səud krallığına sərt xəbərdarlıqlar davam edir

Belə bir bəyanatla İran İslam Şura Məsclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Qulam Rza Kərəmi çıxış edib. 313news.net-in ABNA-ya istinadlı xəbərinə görə, İslam şura üzvü Səudiyyə səlahiyyətlilərinin həddini aşan sözlər dediyini bildirib: "ABŞ-ın Yaxın Şərqdə bir planı da İranla mübarizə aparmaqdır. Səudlar bu prosesi sürətləndirir. Səudiyyə Ərəbistanının İranla mübarizə aparmağa nə hərbi, nə də siyasi gücü yoxdur. Səudlar ayaqlarını yorğanına görə uzatsa yaxşı olar, əks halda İslam Respublikası Səud nəslini peşman edəcək".

Qeyd edək ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər Bəhreyn hadisələrindən sonra daha da gərginləşib.

В этом разделе