İran bütün anti-ABŞ hərəkatları dəstəkləyir-Ayətullah Xameneyi

Ayətullah Seyid Əli Xameneyi

Bu gün İmam Xomeyninin vəfatı günü münasibətilə İmam Xomeyninin məqbərəsində tədbir keçirilib

İslam-Azeri.az İnternet qəzetinin İran mediasına istinadən verdiyi xəbərə görə, bu tədbirə başda İran İslam İnqilabının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei olmaqla bir çox dövlət rəsmiləri də gəlib.

Tədbirdə çıxış edən Ayətullah Xamenei İmam Xomeyni haqqında danışıb.

Söhbəti zamanı Ayətullah Xamenei deyib: "İmam öz düzgün məntiqli hesablamaları və müdrikliyi nəticəsində bu nəticəyə gəlmişdi ki, düşmən qarşısında azacıq büdrəmək düşmənin irəliləməsinə səbəb olacaq".

Ayətullah Xamenei inqilabçılıq adına siyasi ixtilaflar yaradılmasını cəmiyyətin təhlükəsizliyini sarsıdacağını, bunun isə İmamın məktəbinə görə yolundan sapmaq mənasını verdiyinini bildirib.

İmperialistlərin qarşısında durduğuna görə İran xalqının hədəfə alındığını önə çəkən İran İslam İnqilabının Rəhbəri deyib: "İmamın türbəsinin yanında və şəhidlərin pak ruhuna şəhadət verirəm ki, İran milləti öz yolunu qorumuşdur və ən yaxşı rolu isə xalq ifa etməkdədir".

Ayətullah Xamenei İranın hər növ ABŞ əleyhdarı İslami və xalq hərəkətinə dəstək verdiyini vurğulayaraq, Amerikanın və Sionistlərin təhrikiylə başlanan hərəkatlara İranın dəstək vermədiyini önə çəkib.

Yəmən, Liviya və Bəhreynin günahsız xalqının qələbəyə çatacaqlarını bildirən İslam İnqilabı Rəhbəri xalqın təbii oyanışı və inqilabını heç kim əngəlləyə bilməyəcəyini bildirib.

Misir inqilabına da işarə edən Ayətullah Xamenei misirlilərin qələbəsinin parlaq bir qələbə olduğunu önə çəkərək Misir xalqının Ərəb və İslam dünyasında ucalan bir millət olaraq dəyərləndirib.

В этом разделе