İran başladı

MAQATE müfəttişləri zənginləşdirmə fəaliyyətinin şahidi olublar

İran uranın 20 faizini zənginləşdirməyə başlayıb. İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, bu barədə Beynəlxalq Atom Enerjisi Təşkilatına (MAQATE) məlumat verilib. Onun sözlərinə görə, İran malik olduğu 3,5 faiz nisbətində zənginləşdirilən uranı Natanzdakı müəssisədə yüzdə 20-yə çatdıracaq.

Ə.Ə.Salehi bildirib ki, zənginləşdirmə əməliyyatı ayrı-ayrı əməliyyatların birləşməsindən ibarətdir. Onun sözlərinə görə, İran uranı yüzdə 20 faiz zənginləşdirə biləcək texnologiyaya sahibdir. Salehi deyib ki, MAQATE müfəttişləri bu günki zənginləşdirmə fəaliyyətinin şahidi oldular.

Xatırladaq ki, İran prezidenti Mahmud Əhmedinejad ölkədə təxminən 850 min xəstənin müalicəsində istifadə ediləcək tibbi araşdırmalar üçün uranı yüzdə 20 faiz zənginləşdirmək üçün təlimat vermişdi.

Belə ki, İran təxminən 200 xəstəxana üçün nəzərdə tutulan radioizotoplar üçün Tehrandakı araşdırma reaktoruna yüzdə 20 faiz zənginləşdirilmiş uranı satın almaq istədiyini MAQATE-yə bildirmişdi. Amma bundan sonra tərəflər arasında məsələ ilə bağlı ortaq qərar alınmadı. Bundan sonra, rəsmi Tehran MAQATE-yə məktub göndərərək zənginləşdirmə əməliyyatını özünün edəcəyini elan etmişdi. /anspress/

В этом разделе