İran Azərbaycan vətəndaşları üçün vizanı ləğv etdi

Bu gündən Azərbaycan vətəndaşların İrana gediş-gəlişi vizasız baş tutacaq.

Bu barədə şənbə günü Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.

"Azərbaycan vətəndaşları artıq bu gündən İrana əvvəlki qaydada vizasız gedib-gələ bilərlər", - Abbas İsgəndəri deyib.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunmuşdu.

Azərbaycan və İran arasında viza rejimi 2010-cu ilin fevral ayından ləğv olunub.

xebername.org

В этом разделе