Hədəfimiz ədalət bayrağını dünyada dalğalandırmaqdır-Ayətullah Xamenei

Ayətullah Seyid Əli Xamenei

İranın ali dini lideri bunu minlərlə gənc elm adamı qarşısındakı çıxışında deyib

"Rasthaber"in məlumatına görə İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamenei minlərlə gənc elm xadimi qarşısında çıxış edib. O, qeyd edib ki, elmi və texniki tərəqqilər ölkənin prioritetlərindəndir. Lider həmçinin vurğulayıb ki, ölkənin müxtəlif elm sahələrindəki geriliyini kompensasiya etmək üçün hər bir İranlı əlindən gələni etməlidir.

Ayətullah Xamenei qeyd edib ki, qərbin texniki nailiyyətləri başqa xalqlar üçün faciələrə yol açıb. Amma İslam Respublikasının hədəfi insan haqlarının qorunmasıdır: "Biz ədalət və insaniyyət bayrağını bütün dünyada dalğalandırmaq üçün elm əldə etmək istəyirik".

В этом разделе