Ərdəbil Türkləri Ahmedinejadı bağrına basdı.

Bütün İranı başdan-başa gəzərək xalqla birə-bir görüşən İran Respublika başçısı Dr Mahmud Ahmedinejadı Ərdəbil Türkləri böyük bir coşğuyla qarşıladı.

 

Bütün İranı kənd kənd, qəsəbə qəsəbə, şəhər şəhər gəzərək xalqın dərdlərini dinləyən və birə-bir görüşmələrdə olan İran Respublika başçısı Dr Mahmud Ahmedinejad , bu dəfə də İranın Türk bölgələrindən Erdəbilə getdi. 


Aerodromda böyük bir izdiham tərəfindən qarşılanan Respublika başçısına salam, salavat və təkbirlərlə sevgi nümayişində olan Ərdəbil Türkləri, "Rəhbərin bazusuna salam!", "İslam düşmənlərinin qorxusuna salam!" şüarları atdılar. 


Özünü qarşılamaq üçün yollara tökülən sıx izdiham səbəbiylə şəhər mərkəzinə çatması saatlar sürən İran Respublika başçısı Ahmedinejad da bu səmimi və coşğulu qarşılamalara cavab verdi. 


Ərdəbililər qarşısında etdiyi çıxışda dünya və bölgə məsələlərinə də toxunan Respublika başçısı Ahmedinejad , ABŞın sanksiyalarının boşa çıxdığını və 5+1 qrupunun da ancaq beynəlxalq qanunlara hörmətli olmaq şərtiylə İranın həmsöhbəti ola biləcəyini söylədi. 


Ərdəbil xalqıyla Türkcə danışan İran Respublika başçısı özünə verilən hədiyyələri, kimsəsizlər və yetimlər yurduna bağışladı.


FHA

 

В этом разделе