Jurnalist müsahibə vaxtı başını açıb
İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejat İspaniyanın dövlət telekanalı olan “RTE”nin qadın müxbiri Ana Pastora müsahibə verib. Tehran prezident sarayında baş tutmuş müsahibə vaxtı qadın jurnalistin başı açılıb və Əhmədinejat çıxışına davam edib. Qeyd edək ki, hadisəyə prezidentin köməkçiləri də müdaxilə etməyib.
Qadın müxbirin bu hərəkəti ölkədəki bəzi mühafizəkarların etirazı ilə qarşılanıb. Ölkədə mühafizəkarlara aid bəzi xəbər saytları baş vermiş hadisəyə hər hansı bir şəkildə müdaxilə etməyən Əhmədinejad və köməkçilərini tənqid edib, bəziləri isə ispan jurnalistin məxsus belə bir addım atdığını iddia edib.
İspan jurnalist isə hadisədə heç bir qəsdi olmadığını, bütün diqqətini müsahibəyə verdiyi üçün başının açılmasından xəbəri olmadığını bildirib.
Bir çox jurnalist həmkarı sosial şəbəkə saytlarında Pastoru bu hərəkətinə görə qəhraman elan etsə də iranlılar bunu həyasızlıq kimi qiymətləndirib. /ANS/