"əl-Ələm" telekanalına verdiyi müsahibədə İran prezidenti, "Qüds günü, haqları sionist rejim tərəfindən tapdalanan məzlum Fələstin xalqını dəstəkləməkdir" dedi.
313news.net IRNA-ya istinadən xəbər verir ki, İslam Respublikasının prezidenti Qüds məsələsinin sadəcə milli və ya dini məsələ olmadığını deyib. Mahmud Əhmədinejat: "Qüds hər nə qədər islami məsələ olsa da müsəlmanlarla məhdudlaşmır, bu həm də bəşəri problemə çevrilib. Sionist rejim 7 milyardın gözləri önündə yalan və zorakılıqla bir ölkəni işğal edir və region ölkələrini hədələyərək əslində insanlıq qürurunu zədələyir. Buna görə də Fələstin məsələsi bəşəri problemdir" deyib.