İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejad bu gündən Afrikanın Zimbabve və Uqanda ölkələrinə 2 günlük səfərə gedir.
İslam-Azeri.az İnternet Qəzetinin İran mətbuatına istinadən verdiyi xəbərə görə, İran prezidenti səfərinin birinci günündə Zimbabvedə keçirilən beynəlxalq ticarət yarmarkasında iştirak edəcək.
Səfərinin ikinci günü isə BMT Təhlükəsizlik Şurasının hazırda üzvü olan Uqandada İranın nüvə proqramını müzakirə edəcək.
Xatırladaq ki, ABŞ və müttəfiqləri İranın nüvə planlarına görə ona 4-cü dəfə sanksiya qoyulmasını istəyir.