İsra.az internet qəzetinin Fars xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən İran İslam Respublikası prezidenti Dr Əhmədinejad “Qərbdə, işğalçı İsrailin qarşısına cəsurca çıxıb “dayan” deyə biləcək və cinayətlərinə qarşı sərt rəftar göstərə biləcək tək bir siyasət adamı yoxdur” dedi.
İranın qərbindəki “Çihar Mahal Bəxtiyari” əyalətinə etdiyi ziyarəti daxilində bu gün “Harun-4″ anbarını istifadəyə verən Dr Mahmud Əhmədinejad, açılış mərasimindən sonra proyektdən məsul olan personal və səlahiyyətlilər arasında etdiyi danışmada “Düşmənlərimizin bu gün əsas dərdi bizim inkişaf və irəliləmələrimizə mane olmaqdır” deyə vurğuladı.
Dr Əhmədinejad danışmasının davamında imperialist dövlətlərə səslənərək “Atom bombasını hazırlayıb istifadə edən sizsiniz. Qaldı ki, nüvə enerjisinə pisdisə sizdə niyə var?!Yaxşıdısa bizdə niyə olmasın?!