Əhmədinejad tarixin ən gülməli lətifəsini danışdı

İran prezidenti Ərəb Liqasını sərt tənqid atəşinə tutub

Ötən gün İranın İlam şəhərində izdiham qarşısında çıxış edən İran prezidenti Mahmud Əhmədinejad Ərəb Liqasının fəaliyyətini sərt tənqid atəşinə tutub. İranlı prezident ABŞ-ın və Qərb qüvvələrinin Suriya hökumətini öz xeyrlərinə devirmək məqsədilə Ərəb Liqasından istifadə etdiklərini dilə gətirib. Əhmədinejad Ərəb Liqasının Suriyadan demokratiya tələblərinin gülüş doğurduğunu gizlətməyib:

“Ölkələrində demokratiyanın, azadlığın və seçkilərin nə “olduğunu bilməyən” Ərəb Liqası liderlərinin bir araya gələrək bir ölkəyə qarşı qətnamə qəbul etməsi, hansısa ölkədə seçkilərin, üstəlik azad seçkilərin keçirilməli olduğunu deməsi, tarixin və hazırkı zamanın ən gülməli lətifəsidir”- "anspress" "accociated press"ə istinadən xəbər verir.

Qeyd edək ki, Ərəb Liqası bir neçə ay əvvəl, Suriyada Bəşər Əsədə sadiq qüvvələrin dinc sakinləri və etirazçıları qətlə yetirməsinə etiraz olaraq ölkəni quruma üzvlükdən xaric edərək, Suriya hökumətinə qarşı sərt sanksiyalar tətbiq edib.

Nitqlərində daima ABŞ-ı hədəfə alan Əhmədinejad İranın digər dövlətlərin beynəlxalq suverenliyinə hörmətlə yanaşdığını və digər ölkələrdən də oxşar addımı gözlədiyini vurğulayıb. O, İran xalqının heç zaman ABŞ-ın ekspansionist siyasətinə yol verməyəcəyini bəyan edib. Mahmud Əhmədinejad ABŞ və onun müttəfiqlərinin 32 ildir İran əleyhinə işlədiyini qeyd edib. Onun sözlərinə görə, düşmənlər İran xalqına qarşı əsassız itihamlar irəli sürməyi davam etdirsə də, bu cür davranışa yalnız onların özü layiqdir.

В этом разделе