Əhmədinejad region xalqları adından danışdı

İran prezidenti regionda olan xarici silahlı qüvvələrin təcili şəkildə çıxarılmasını tələb edib

Tehranda Milli Ordu günü münasibəti ilə hərbi parad keçirilib. Parada gələn insanlar İranın ən son hərbi silahları, o cümlədən “Şahab-3” və “Səcil” ballistik raketləri ilə tanış olub. Paradın açılışı zamanı çıxış edən İran prezidenti Mahmud Əhmədinejad regionda olan xarici silahlı qüvvələri təcili şəkildə oradan çıxmağa çağırıb. İran prezidentinin sözlərinə görə, onların regionda olmaları qeyri-sabitlik və gərginlik yaradır: “Keçmişin təcrübəsi onu göstərir ki, Yaxın və Orta Şərqdə əməkdaşlığı əldə etmək üçün regional dövlətlər birgə səy göstərməlidir” .

Əhmədinejad ABŞ-ı İsraili dəstəkləməmək barədə xəbərdarlıq edib. O eyni zamanda Vaşinqtondan Orta Şərq və Əfqanıstandan öz hərbçilərini çıxarmağı tələb edib.

“Onlar çox güclü olduqlarını düşünürlər. İlk növbədə onlar öz ölkələrindəki təhlükəsizlik haqqında düşünməlidir. Onlar bizim regionu tərk etməlidir. Bu xahiş deyil, bu regiondakı xalqların əmridir. Bu gün bizim hərbi qüvvələrimiz o dərəcədə güclüdür ki, heç bir düşmən İran ərazisinə əl uzatmağı hətta ağlından belə keçirə bilməz”, - deyə o vurğulayıb.

В этом разделе