İran prezidenti nazirlər kabinetində islahatlar çərçivəsində özünü neft naziri təyin edib
Məlum olduğu kimi İran prezidenti Mahmud Əhmədinejad nazirlərin sayının 25-dən 17-ə azaldılması barədə qərar verib. 313news.net-in ABNA-ya istinadlı xəbərinə görə, neft naziri Məsud Mirkazimini işdən azad edən prezident, bu vəzifəni müvəqqəti olaraq öz üzərinə götürüb.
İran prezidentinin OPEC-in 8 iyunda keçiriləcək toplantısı öncəsi bu qərarı verməsi diqqəti cəlb edib. Dünyanın ikinci böyük neft ixracatçısı olan İran bu il OPEC-ə rəhbərlik edir. Əhmədinejadın İranın neft naziri kimi toplantıya rəhbərlik edəcəyi bildirilir.