İran prezidenti hesab edir ki, dünyada dominant olan ədalətsiz sistemlər korrupsiyanın yayılmasının əsas amilidir
İran prezidenti Mahmud Əhmədinejad Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin nümayəndələri ilə görüşüb. Təşkilata üzv ölkələrin anti-korrupsiya qurumlarının rəhbərləri ilə görüşdə Əhmədinejad bildirib ki, dünyada dominant olan korrupisoner liderlər və ədalətsiz sistemlər korrupsiyanın yayılmasının əsas amilidir-ANS PRESS IHA-ya istinadən xəbər verir.
İran prezidenti həmçinin qeyd edib ki, dünyanı idarə etməyə çalışan ABŞ-ın keçmiş prezidenti İraq və Əfqanıstana qarşı müharibə edib, 1 milyona yaxın adamı öldürüb, bu müharibələr isə adıçəkilən iki ölkədə geriləmə və kasıblığa təkan verib. "Dünyanı idarə edən sistemlər inkişaf etməyə çalışan istənilən dövlətə iqtisadi və siyasi təzyiq göstərir", - deyə Mahmud Əhmədinejad vurğulayıb.