Əhmədinejad həccə gedir

İran prezidenti Səud kralının dəvətini qəbul edib

Səudiyyə Ərəbistanı kralı Abdullah İran prezidenti Mahmud Əhmədinejatı Məkkəyə həcc ziyarətinə dəvət edib.

SalamNews Rusiya mediasına istinadən xəbər verir ki, İran prezidenti bu təklifi qəbul edib və gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanına səfərə gedəcək. Əhmədinejat bundan əvvəl deyib ki, əgər Səudiyyə kralı dəvət etsə, mən müqəddəs yerləri ziyarət edəcəm.

İran prezidentin media əlaqələri üzrə müşaviri Əli Əkbər Cavanfekr bildirib ki, əvvəllər belə hal baş verməyib. Əhmədinejatın səfəri iki ölkələr arasında münasibətlərin əsas inkişaf nişanı olacaq.

В этом разделе