Əhmədinejad EKO-nun baş katibini qəbul edib

Iran prezidenti Mahmud Əhmədinejad İqtisadi əməkdaşlıq təşkilatı EKO-nun baş katibi ilə görüşdə bu təşkilatın bütün beynəlxalq təşkilatlarda fəal iştirak etməsinin zəruriliyini vurğulayıb.
Əhmədinejad Tehranda Xurşid Ənvəri qəbulu zamanı EKO-nun yerinin regional və beynəlxalq səviyyədə yüksəlməsi sahəsində etdiyi səylərindən məmnun qaldığını ifadə edərək deyib : Hazırda EKO özünün həqiqi yeri və əhəmiyyətini tapıb və fəal bir müqaviləyə çevrilib . EKO-nun gücləndirilməsinin zəruriliyini vurğulayan Əhəmədinejadın sözlərinə görə İranın mövqeyi belədir ki , regional EKO müqaviləsinin yerini himayə və gücləndirmək ilə digər beynəlxalq təşkilatlarda da təsirli iştirakı olmuş olsun .
İİR-nin prezidenti vurğulayıb : Regionun ölkələri bir-birlərinin köməyi ilə dünya , region və öz xalqlarının şəraitini dəyişməlidirlər .
İqtisadi Əməkdaşlıq Təşkilatı EKO-nun baş katibi də İranı böyük xalq və mədəniyyətə malik bir ölkə sayaraq deyib : Hazırda İranın mövqeyi və əhəmiyyəti dünyada və İslam dünyası səviyyəsində rəhbərlərinin müdrikliyi ilə yüksəlib . Belə ki, İran digər islami ölkələr üçün bir nümunəyə çevrilib . irib.ir


В этом разделе