Əhmədinejad Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ittiham edib

İran prezidenti qurumun qərarlarını təzyiq altında verdiyini iddia edir

ANS-in verdiyi xəbərə görə, İran prezidenti Mahmud Əhmədinejad Tehrana qarşı iddialarının Amerika Birləşmiş Ştatlarının təzyiqi altında hazırlandığını bəyan edib.

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bizi hər hansı dəlillə təmin etmək əvəzində ABŞ hökumətinin təzyiqi altında ölkəmizə qarşı iddialar irəli sürür. Bu cür şərhlər siyasi xarakter daşıyır və qanuna ziddir. Məlumdur ki, qurum öz mövqeyini BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən siyasi təzyiq altında qəbul edir və bu səbəbdən nüvə silahına malik ölkələri tərksilah etməyə və nüvə silahının yayılmasının qarşısını almağa müvəffəq olmur”,- deyə Mahmud Əhmədinejad Hollandiya telekanalına müsahibəsində bildirib.

Ölkəsinin nüvə obyektlərinin qurumun tam nəzarəti altında olduğunu deyən İslam ölkəsinin prezidenti Tehranın lazımı səviyyədə əməkdaşlıq etmədiyi ilə bağlı iddiaları da rədd edib.

В этом разделе